Çavuşoğlu 8 Mart Beynəlxalq Qadınlar Gününü təbrik edib

Xarici işlər naziri Çavuşoğlu 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik mesajı yayıb.

1956573
Çavuşoğlu 8 Mart Beynəlxalq Qadınlar Gününü təbrik edib

Xarici işlər naziri Çavuşoğlu 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik mesajı yayıb.

Bütün qadınların Beynəlxalq Qadınlar Gününü təbrik edən M.Çavuşoğlu deyib:

“Ölkəmizdə baş verən zəlzələ bir daha göstərdi ki, qadınlarımız möhkəmliyi, dözümlülüyü və çətin şəraitə tez uyğunlaşa bilmə qabiliyyəti ilə yaralarımızın sağalmasında, evlərimizin dirçəlməsində əsas gücümüz olacaq. Ölkəmiz qadınlara qarşı ayrı-seçkiliyin və zorakılığın qarşısının alınması, qadınların sosial həyatın bütün sahələrində güçlü söz sahibi olması üçün qətiyyətlə çalışır. Birləşmiş Millətlər Təşkilatı (BMT) Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümünü qeyd edərkən, Türkiye beynəlxalq və regional təşkilatlar tərəfindən cəmiyyətin bütün sahələrində qadınların mövqeyinin gücləndirilməsi istiqamətində atdığı addımlara töhfə verməkdə davam edir. Bütün qadınların 8 Mart Beynəlxalq Qadınlar Gününü daha bir dəfə təbrik edir və zəlzələdən sonra görülən işlərin önündə olan digər millətlərə mənsub olanlar da daxil olmaqla bütün qadınlara təşəkkür və şəhid qadınlarımızı rəhmətlə yad edirəm”.



Әlaqәli Xәbәrlәr