Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra əhəmiyyətli bəyanatlar verib

Türkiye Prezidenti  Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Kahramanmaraşda baş verən və 11 vilayətdə dağıntılara səbəb olan zəlzələlər nəticəsində həyatını itirənlərin sayının 46 104 nminə çatdığını açıqlayıb.

1955878

Türkiye Prezidenti  Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada bu ifadələrə yer verib: “Zəlzələdə həyatını itirən 46 104 vətəndaşımıza Allahdan rəhmət, ailələrinə başsağlığı veririk''.
Dövlətin və millətin zəlzələ ilə əlaqədar bütün imkanlarını səfərbər etdiyini qeyd edən Ərdoğan konteyner şəhərləri qurmağa başladıqlarını, zəlzələdən zərər çəkmiş yarım milyon insanın həmin ərazilərə daşımağı hədəflədiklərini söyləyib.
Ərdoğan zəlzələnin yaşandığı bölgədə 405 min mənzil və 83 mini kənd evi olmaqla ümumilikdə 488 min yeni evin inşa edilərək vətəndaşlara təhvil veriləcəyini bildirib.
Prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini təkrarlayan Rəcəb Tayyib Ərdoğan seçki prosesində də gündəmlərinin zəlzələ olacağını bildirib.

Әlaqәli Xәbәrlәr