Mövlud Çavuşoğlu  Yunanıstana başsağlığı verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Yunanıstanın xarici işlər naziri Nikos Dendias arasında telefon danışığı olub.

1953219
Mövlud Çavuşoğlu  Yunanıstana başsağlığı verib

Nazirlikdən verilən yazılı açıqlamada:  “Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Yunanıstanın xarici işlər naziri Nikos Dendiasa  telefon  edərək  ötən gecə baş verən qatar qəzasında   ölənlər  üçün başsağlığı verib”.

Xatırladaq  ki, Yunanıstanın Larissa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 36 nəfər həyatını itirib, çox sayda adam  yaralanıb.  Onlardan   66-sı xəstəxanada müalicə olunur. 



Әlaqәli Xәbәrlәr