BMT dağıntıların aradan qaldırılması üçün Türkiyeyə dəstək olacaq
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) fevralın 6-da Türkiyenin Kahramanmaraş şəhərində baş verən və "əsrin fəlakəti" adlandırılan zəlzələlərin səbəb olduğu dağıntıların aradan qaldırılması işlərinə dəstək verəcək.
1951231

Proqramdan verilən məlumatda Birləşmiş Millətlər Təşkilatının (BMT) 16 fevralda Türkiyeyə 1 milyard dollar təcili yardım edilməsi ilə əlaqədar çağırışı çərçivəsində tələb olunan 113,5 milyon dollarlıq fondun böyük bir hissəsinin dağıntıların aradan qaldırılması üçün istifadə olunacağı ifadə edildi.
BMT İnkişaf Proqramının Türkiye üzrə nümayəndəsi Louisa Vinton dağıntı sahəsinin Nyu-York şəhərindəki Manhetten adasından böyük olduğunu deyib.