Qırğızıstan və Venesuela axtarış-xilasetmə qrupları ölkələrinə qayıtdı

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündəki zəlzələlərdən sonra bölgədə axtarış-xilasetmə işlərinə qatılan xarici qruplar öz ölkələrinə qayıdır.

1947823
Qırğızıstan və Venesuela axtarış-xilasetmə qrupları ölkələrinə qayıtdı
kirgiz ekip.jpg
venezuela deprem ekip.jpg

Fevralın 6-da baş verən və "əsrin fəlakəti" olaraq xarakterizə edilən episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündəki zəlzələlərdən sonra bölgədə axtarış-xilasetmə işlərinə qatılan xarici qruplar öz ölkələrinə qayıdır.

Fəlakət bölgəsində işlərini başa vuran 24 nəfərlik Qırğızıstan axtarış-xilasetmə qrupu İstanbul hava limanından qalxan təyyarə ilə ölkələrinə gedib.

Komandanın tərkibində olan mayor Ruslan Toktomambetov “Bu, indiyə qədər gördüyüm ən böyük fəlakətdir. Çox kədərləndik. Biz eyni millətik, eyni soydan gəlirik. Qanımız, vətənimiz, dinimiz birdir. Türkiyedəki qardaşlarımızın belə bir vəziyyətə düşməsi bizi çox təəssüfləndirdi” deyib.

Qırğızıstan komandasına Xarici İşlər Nazirliyi tərəfindən təşəkkür etmək məqsədilə xatirə nişanı təqdim olunub.

Şəkil çəkildikdən sonra Qırğızıstan axtarış-xilasetmə qrupu Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə yola salınıb.

Venesuela axtarış-xilasetmə qrupu da İstanbul hava limanından ölkələrinə yola salınıb.

Vida mərasimində Venesuela komandasına təşəkkür etmək üçün xatirə nişanı təqdim olunub.

Fəlakət işlərinə dəstək olmaq üçün Çin və Çinin Hong Kong Xüsusi İnzibati Bölgəsindən Türkiyeyə göndərilən xilasetmə qrupları da ölkələrinə qayıtdı.

441 çinli xilasedici və yardım işçisi fəlakət bölgəsində iştirak edərək onlarla insanın həyatını xilas etməkdə rol oynayıb.



Әlaqәli Xәbәrlәr