“Ermənistan bu dar gündə xalqımıza dostluq əli uzadıb, həmrəylik nümayiş etdirib”, M.Çavuşoğlu

Mövlud Çavuşoğlu  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla paytaxt Ankarada Xarici İşlər Nazirliyində keçirdiyi görüşdən sonra birgə mətbuat konfransı təşkil edib.

1946878
“Ermənistan bu dar gündə xalqımıza dostluq əli uzadıb, həmrəylik nümayiş etdirib”, M.Çavuşoğlu

“Ermənistan bu dar gündə xalqımıza dostluq əli uzadıb, həmrəylik və əməkdaşlıq nümayiş etdirib”. 

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla paytaxt Ankarada Xarici İşlər Nazirliyində keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında dayib. 

Zəlzələlərdən sonra Ermənistanın Türkiyeyə 28 nəfərlik axtarış-xilasetmə qrupu göndərdiyini qeyd edən Çavuşoğlu erməni qrupunun fevralın 8-dən Adıyamanda canla-başla işlədiyini vurğulayıb.

Çavuşoğlu bildirib ki, erməni axtarış-xilasetmə qrupları bir balaca qızı və bir qadını xilas edib:

"Mən də onlara çox təşəkkür etmək istəyirəm. Onlar həqiqətən çox çalışdılar və vətəndaşlarımızı xilas etməkdən necə xoşbəxt olduqlarını gördük". 

Ermənistanın Türkiyeyə 100 ton humanitar yardım göndərdiyini, həmkarı Mirzoyanın isə bugünkü görüşdə əlavə yardım göndərəcəklərini bildirdiyini qeyd edən Çavuşoğlu Ermənistanın Türkiyedən davamlı olaraq əlavə tələblərin olub-olmadığını soruşduğunu bildirib.

Nazir Çavuşoğlu “Ermənistan bu dar gündə xalqımıza dostluq əli uzadıb, həmrəylik və əməkdaşlıq nümayiş etdirib” deyib. 
O xatırladıb ki, 1999-cu ildə Gölcük zəlzələsindən sonra da Ermənistan Türkiyeyə humanitar yardım göndərib.

Ermənistanın xarici işlər naziri Mirzoyan da deyib ki, bu çətin günlərdə Türkiyedə olmaqla sülhün qurulmasına hazır olduğumuzu bir daha təsdiqləmək istəyirəm.

Xatırladaq ki, fevralın 6-da mərəkəzi Kahramanmaraş olmaqla Türkiyenin 10 viayətində və Suriyada baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər minlərlə insanın həyatına son qoyub və "əsrin fəlakəti" olaraq xarakterizə edilib.



Әlaqәli Xәbәrlәr