"Dünyanın zəlzələ ilə bağlı mütəxəssisləri hesab edir ki..." R.T.Ərdoğan

"Əsrin fəlakəti” adlandırılan zəlzələlərin gündəliyi ilə bağlı keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən R.T.Ərdoğan deyib...

1946503
"Dünyanın zəlzələ ilə bağlı mütəxəssisləri hesab edir ki..." R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş verən zəlzələlərdə can itkisinin 35 min 418-ə yüksəldiyini açıqladı.

  "Əsrin fəlakəti” adlandırılan zəlzələlərin gündəliyi ilə bağlı keçirilən Nazirlər Kabinetin iclasından sonra açıqlamalar verən R.T.Ərdoğan deyib: "Dünyadakı bütün mütəxəssislərin yekdil rəyi ilə zəlzələlərin böyüklüyü və dağıdıcılığı müstəsna təbii hadisə kimi qəbul edilir.

  Can itkisi 35 min 418-ə yüksəlib, 105 min 505 nəfər isə yaralanıb.

  Xəsarət alanlardan 13208-nin müalicəsi davam edir.

  Dağılmış 19 mindən çox binadan 15 mininə müdaxilə başa çatıb.

  Zəlzələ bölgəsindəki işlərdə təxminən 250 min dövlət məmuru iştirak edib.

  Sonuncu vətəndaşımızı dağılmış binalardan çıxarana qədər işimizi davam etdirəcəyik". 



Әlaqәli Xәbәrlәr