“Humanitar yardım üçün Suriya ilə sərhəd qapılarımız açıqdır”, M.Çavuşoğlu

Zəlzələ bölgəsi Hatayda mətbuat nümayəndələrinin suallarını cavablandıran M.Çavuşoğlu deyib...

1945447
“Humanitar yardım üçün Suriya ilə sərhəd qapılarımız açıqdır”, M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin bu ölkəyə göndərəcəyi humanitar yardım üçün Türkiyənin Suriya ilə sərhəd qapılarının açıq olduğunu bildirib.

  Zəlzələ bölgəsi Hatayda mətbuat nümayəndələrinin suallarını cavablandıran M.Çavuşoğlu deyib: “Fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən, “Əsrin fəlakəti” olaraq xarakterizə edilən və 10 rayonda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Suriyanı da vurdu və bu ölkədə də çox sayda ölən və yaralananlar var.

  Beynəlxalq ictimaiyyət Suriyadakı zəlzələdən zərər çəkmiş insanlara da bizə olduğu kimi yardım göndərir. Öz yaralarımızı sararkən Suriyaya gedəcək yardıma da dəstək olmaq və onların keçməsini təmin etmək bizim humanitar borcumuzdur.

  Türkiyə üzərindən Suriyaya yardım göndərmək istəyən ölkələrin olmasından məmnunuq. Bir sıra ölkələr yardımlarını birbaşa Suriyaya göndərdi. Türkiyənin hava məkanı o təyyarələrə də açıqdır.

  Kilisdə iki sərhəd qapımız var. Beynəlxalq ictimaiyyətə bəyan etdik ki, bu iki qapını aça bilərik. Hal-hazırda BMT bunu dəyərləndirir".



Әlaqәli Xәbәrlәr