Dünya ölkələri Türkiyeyə humanitar yardım göndərməyə davam edir
Türkiyenin Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən və 10 şəhərdə hiss edilən zəlzələlər səbəbindən bir çox ölkə dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə dəstələrini səfərbər edib.
Türkiyenin Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən və 10 şəhərdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən bir çox ölkə dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə dəstələrini səfərbər edib.
Kahramanmaraşda baş verən zəlzələdən sonra İran Türkiyeyə səhra xəstəxanası, tibbi heyət və humanitar yardım göndərib.
Yunanıstanın paytaxtı Afinada könüllülər zəlzələ qurbanları üçün bələdiyyə binasında yardım ləvazimatları toplayıblar. Qərbi Trakyadakı türklərin zəlzələdən zərər çəkənlərə yardımla bağlı səfərbərliyi davam edir.
İtaliyadan Türkiyeyə yardım aparan hərbi gəmi yola düşüb.
İspaniyanın paytaxtı Madriddəki vətəndaşlar topladıqları yardım ləvazimatlarını Türkiyeyə göndəriblər.
Türkiyenin Polşadakı səfirliyinin koordinasiyası ilə dünən ilk yük maşını paytaxt Varşavadan yola düşüb.
Hollandiyanın Baş naziri Mark Rutte Kahramanmaraşda baş verən zəlzələdən sonra Hollandiya Dini Vəqfinə tabe olan Rotterdam məscidini ziyarət edib və zəlzələdən zərər çəkənlərə göstərdikləri köməyə görə könüllülərə təşəkkür edib.
İngiltərənin paytaxtı Londonda İslami Yardım təşkilatının zəlzələ qurbanları üçün başlatdığı yardım kampaniyası çərçivəsində cümə namazından sonra Finsberi Park məscidində ianələr toplanıb. İngiltərə Baş naziri Rishi Sunak da yardım kampaniyasında iştirak edib.
Almaniyada Türk-İslam Dini Birliyinin topladığı yardım 18,5 milyon avroya çatıb.
İşğal altındakı İordan çayının qərb sahilindəki məscidlərdə başlanılan yardım kampaniyası çərçivəsində 1 milyon dollar toplanıb.
Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken paytaxt Vaşinqtonda zəlzələdən zərər çəkmiş bölgələrdə yardım və xilasetmə əməliyyatları üçün beynəlxalq səylərin əlaqələndirilməsi yollarını müzakirə ediblər. Nyu-York meri Erik Adams Bruklin rayonunda zəlzələdən zərər çəkənlər üçün yardımların toplandığı türk məscidinə baş çəkib və hər zaman başqa ölkələrə yardım edən Türkiyenin yanında olmaq istədiklərini deyib. ABŞ-ın əczaçılıq şirkəti Johnson & Johnson da 1 milyon dollar töhfə verəcəyini açıqlayıb.
Pakistanın Türkiyedəki səfiri Yusuf Cüneyd paytaxt Ankaranın Keçiören rayonunda qurulan yardım toplama mərkəzinə dəstək verib və yardım işlərində iştirak edib.
Qırğızıstan zəlzələdən zərər çəkənlər üçün toplanan humanitar yardımın ilk hissəsini göndərib.
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun göstərişi ilə paytaxt Aşqabaddan qardaş türk xalqına tibbi və səhiyyə ləvazimatları, tekstil, ərzaq və müxtəlif qış geyimləri göndərilib.
Seneqal Türkiye Məzunları Dərnəyi və Türkiye-Seneqal İş Şurası Türkiyenin Dakardakı səfirliyi vasitəsilə nağd yardım edib.
İraqın Kərkük şəhərindəki bütün məscidlərdə Türkiyedə zəlzələdən zərər çəkənlərə yardım kampaniyası başladılıb.
Minlərlə Banqladeşli Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) paytaxt Dəkkədəki ofisinə zəlzələ qurbanları üçün tonlarla yardım ləvazimatı gətirib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviaşirkəti ''Emirates'' Dubaydan İstanbula hava körpüsü yaradıb.
Çinin ''Guangzhou Logistics'' şirkəti tərəfindən başladılan kampaniya çərçivəsində zəlzələdən zərər çəkənlərə yardım toplanıb.
Әlaqәli Xәbәrlәr
Hakan Fidan Türkiyədə səfərdə olan Con Bassla görüşdü
Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən açıqlama verilib