Fahrettin Altun “Twitter” rəsmilərinə təşəkkür edib
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Fahrettin Altun: “Dezinformasiya demokratiya, sosial sülh və milli təhlükəsizliyə ciddi təhdiddir”.

Fahrettin Altun sosial media hesabından paylaşdığı açıqlamasında dünən Türkiye rəsmilərinin “Twitter” ilə məhsuldar görüş keçirdiyinə diqqət çəkib: “Sözmövzusu sosial medianın səlahiyyətlilərinə Türkiyenin dezinformasiya ilə mübarizə səylərinə dəstək və əməkdaşlıq mövzularına dair vədlərinə görə təşəkkür edirəm. Dezinformasiya bəşəriyyətin ümumi düşmənidir və eyni zamanda demokratiya, sosial sülh və milli təhlükəsizliyə ciddi təhdiddir. Yaxın günlərdə və həftələrdə “Twitter” ilə əməkdaşlığımızın daha da güclənəcəyini ümid edirik”
Dünən keçirilən iclasda “Twitter” dezinformasiyaya qarşı mübarizə, yalan xəbərlərin yayılmasının qarşısının alınması və saxta hesablara qarşı tədbirlərin görülməsi mövzusunda Türkiye ilə güclü əməkdaşlıq vəd edib.