Dünya ölkələri Türkiyeyə xilasedici heyət və humanitar yardım göndərməyə davam edir

Türkiyenin Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən və 10 şəhərdə hiss edilən zəlzələlər səbəbindən bir çox ölkə dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə dəstələrini səfərbər edib.

1944273
Dünya ölkələri Türkiyeyə xilasedici heyət və humanitar yardım göndərməyə davam edir

Türkiyenin Kahramanmaraş şəhərinin Pazarcık və Elbistan rayonlarında baş verən və 10 şəhərdə hiss edilən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən bir çox ölkə dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə dəstələrini səfərbər edib.
Rusiya prezidenti Vladimir Putin Türkiyedə baş verən zəlzələdən sonra axtarış-xilasetmə işləri ilə məşğul olan Rusiya xilasedilərin  sayının artırılması barədə göstəriş verib. Beləliklə Rusiyadan Türkiyeyə göndərilən rusiyalı mütəxəssislərin sayı 150 nəfəri keçib.
Gürcüstan da Türkiyeyə daha 40 nəfərdən ibarət xilasedici heyət göndərib. Açıqlamada xilasedici dəstənin Adıyamanda çalışan 60 nəfərdən ibarət ilk heyətlə birlikdə axtarış-xilasetmə əməliyyatlarına davam edəcəyi bildirilib.
Azərbaycan zəlzələ nəticəsində xəsarət alan vətəndaşlar üçün ölkə xəstəxanalarında 2 min çarpayı ayırdıqlarını açıqlayıb.
Yaratdığı hava yardım dəhlizi çərçivəsində təcili yardım ləvazimatlarının olduğu ilk təyyarəsini Türkiyeyə göndərən İraq hökuməti, Türkiye və Suriyaya hər gün iki yardım təyyarəsinin göndəriləcəyini açıqlayıb.
Almaniya bölgəyə çadır, ədyal, çarpayı, soba və generatorlar daxil olmaqla 80 ton humanitar ləvazimat göndərdiyini açıqlayıb.
Mərkəzi Amerika ölkəsi Salvador Türkiyeyə 100 nəfərdən ibarət  axtarış-xilasetmə dəstəsi və xilasedici itlər göndərib.
Türkiyeyə iki ayrı axtarış-xilasetmə dəstəsi göndərən Yunanıstan 5 təyyarə ilə humanitar yardım göndərməyə qərar verib.
Yaponiyanın baş naziri Kişida Fumio Türkiyeyə xilasedici dəstələr göndərdiklərini xatırladaraq, yerli əhalinin ehtiyaclarına uyğun olaraq lazımi yardımı artıracaqlarını bildirib.
Liviya zəlzələdən zərər çəkmiş bölgələrə dəstək üçün Türkiyeyə humanitar yardım göndərildiyini bildirib.

Özbəkistan isə səhra xəstəxanasının yaradılması üçün Türkiyeyə avadanlıq və 71 nəfərlik tibbi heyət göndərib.

Birləşmiş Ərəb Əmirlikləri 11 hərbi yük təyyarəsi ilə Türkiyeyə axtarış-xilasetmə heyəti, tibbi qruplar, generatorlar və oxşar avadanlıqlar göndərib, həmçinin  2 səhra xəstəxanasının yaradılması üçün hərəkətə keçib.
Hindistan ordusu Hatayda da səhra xəstəxanası yaradıb.



Әlaqәli Xәbәrlәr