Yazıçı və sənətçilər “Charlie Hebdo”nun zəlzələ ilə bağlı karikaturasına reaksiya verib

Türkiyeli və xarici yazıçı və sənətçilər Fransanın həftəlik satirik jurnalı "Charlie Hebdo"nun Türkiyedə yaşanan zəlzələ fəlakəti ilə bağlı dərc etdiyi karikaturaya reaksiya verib.

1943994
Yazıçı və sənətçilər “Charlie Hebdo”nun zəlzələ ilə bağlı karikaturasına reaksiya verib

Türkiyeli və xarici yazıçı və sənətçilər Fransanın həftəlik satirik jurnalı "Charlie Hebdo"nun Türkiyedə yaşanan zəlzələ fəlakəti ilə bağlı dərc etdiyi karikaturaya reaksiya verib.

Fevralın 6-da Türkiyenin Kahramanmaraş şəhərinin Pazarcın və Elbistan rayonlarında baş verən  7.7 və 7,6 bal gücündə zəlzələ ilə bağlı "Türkiyədə zəlzələ oldu. Tank göndərməyə ehtiyac yoxdur'' yazısını paylaşan jurnala çox sayda sosial media istifadəçisi reaksiya verib. 

Türkiye Prezidentinin sözçüsü İbrahim Kalın Fransanın satirik “Charlie Hebdo” jurnalının  zəlzələ ilə bağlı karikaturasına reaksiya verərək deyib:“Müasir barbarlar. Kin və nifrətinizdə boğulun”.
Türkiyenin milli təhsil naziri Mahmut Özer paylaşımında bu ifadələrə yer verib: "Bu cür ifadə zəlzələ ilə bağlı motivasiyamızı 10 qat artırır''.

Şair və aparıcı Dursun Əli Erzincanlı  Bosniya və Herseqovinanın Prezidentlik Şurasının keçmiş sədri, mərhum Aliyə İzzetboqeviçin "Bunu unutma. Qərb heç vaxt mədəni olmayıb və bugünkü rifah onun davam edən müstəmləkəçiliyinə, axıtdığı qan, tökdüyü göz yaşları və yaşatdığı kədərə əsaslanır'' sözlərini paylaşıb.

Aktyor və müğənni Murat Boz jurnalın paylaşımına fransız dilində  cavab verərək zəlzələ nəticəsində günahsız insanların, uşaqların və körpələrin həyatını itirdiyini vurğulayaraq jurnala reaksiya verib.

Rejissor, ssenarist, müğənni və aktyor Mahsun Kırmızıgül "İnsanlıq həqiqətən ölüb" deyib. Aktrisa Demet Özdemir isə paylaşımında "Bu zarafatdır? Qəlbsizsiniz'' ifadələrinə yer verib.

Rejissor Ümit Ünal da patlaşımında deyib: "Bu yumor deyil, axmaqlıqdır, pislikdir" .

Yunan əsilli britaniyalı müsəlman tədqiqatçı Həmzə Andreas Tzortzis də karikaturaya reaksiya verib.

"Bu, Fransada sivilizasiyanın ölümünün bir nümunəsidir'',-deyə Həmzə Andreas Tzortzis qeyd edib.

Amerikalı yazıçı Ömər Süleyman “Nə alçaq nəşrdir” deyərək jurnala öz reaksiyasını verib.

Təbiət fotoqrafı Alper Tüydeş, Fəttah Can, Damlac Sönməz, Ozan Akbaba, Ali Biçim, Suna Yıldızoğlu və İsmail Baki Tuner də "Charlie Hebdo"nun Türkiyedə yaşanan zəlzələ fəlakəti ilə bağlı dərc etdiyi karikaturaya reaksiya veriblər.



Әlaqәli Xәbәrlәr