ÜST zəlzələ bölgələrində Üçüncü Dərəcəli Fövqəladə Vəziyyət elan etdi

Bu, ÜST-nin bütün təşkilati aktivlərinin səfərbər edilməsi deməkdir

1943735
ÜST zəlzələ bölgələrində Üçüncü Dərəcəli Fövqəladə Vəziyyət elan etdi

 

  Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge ÜST-ün zəlzələ bölgələrində Üçüncü Dərəcəli Fövqəladə Vəziyyət elan etdiyini açıqladı. Bu, ÜST-nin bütün təşkilati aktivlərinin səfərbər edilməsi deməkdir.

  H.Kluge Türkiyə və Suriyada baş verən zəlzələ ilə bağlı ÜST İdarə Heyətinə məlumat təqdim edildiyini söyləyərək deyib: “Üçüncü Dərəcəli Fövqəladə Vəziyyət elan edildi. Öz həyatları təhlükə altında olanda cavab verən ilk müdaxilə edənləri, o cümlədən Qaziantepdəki sahə ofisimizdə olan ÜST əməkdaşlarını təqdir edirəm və qiymətləndirirəm" dedi.

ÜST Avropa qruplarının Qaziantep, Ankara və İstanbulda fəaliyyət göstərdiyini qeyd edən Kluge, “Türkiyə səlahiyyətlilərini insanların həyatını xilas etmək üçün əlamətdar cavab əməliyyatı başlatmasını təqdir edirəm. Üzv dövlətlərə böyük həmrəyliklərinə görə təşəkkür edirəm. Beynəlxalq ictimaiyyəti dəstəyini artırmağa və Türkiyə hökuməti və ÜST ilə tam koordinasiyanı təmin etməyə davam etməyə dəvət edirəm.



Әlaqәli Xәbәrlәr