Türkiyedə zəlzələdə ölənlərin sayı 9057-yə çatıb

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 9057-ə yüksəlib.

1944029
Türkiyedə zəlzələdə ölənlərin sayı 9057-yə çatıb
Kahramanmaraş Depremi Afad Çadırkent1.jpg
Kahramanmaraş Depremi.jpg
Hatay Deprem.jpg
Adıyaman Deprem Cezayir Arama Kurtarma Ekibi.jpg

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 9057-ə yüksəlib.

Fövqəladə Hallar İdarəsi - AFAD bildirib ki, Kahramanmaraşda 6 fevralda baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 9057-yə çatıb, yaralı sayı isə 52 min 979-a yüksəlib.

6 min 444 binanın dağıntılarında axtarış-xilasetmə işləri davam edir.

Bölgədə 90 mindən çox ailə üçün 70 min 818 çadır qurulub.

Zəlzələ bölgəsində 96 670 nəfər axtarış-xilasetmə heyəti fəaliyyət göstərir.

Səhiyyə naziri Fahrettin Koca zəlzələdən zərər çəkmiş 10 vilayətdə 77 sahra xəstəxanası qurduqlarını bildirərək deyib:

"Təcili tibbi yardım göstərildiyi bu xəstəxanaların bəzilərində də cərrahi əməliyyatlar edilə bilir. Sağlamlıqları riskli olan zəlzələ qurbanlarımız ilk müdaxilədən sonra helikopterlərlə bölgədəki xəstəxanalara çatdırılır".



Әlaqәli Xәbәrlәr