Türkiye zəlzələlərində dünyasını dəyişənlərin sayı 8500-ü keçdi
Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 8574-ə yüksəlib.

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 8574-ə yüksəlib.
Fevralın 6-da baş verən zəlzələlərin dağıtdığı fəlakət bölgəsində tədqiqatlar aparan prezident Rəcəb Tayyib Ərdoğan həlak olanların sayının 8 min 574-ə, yaralı sayının isə 49 min 133-ə yüksəldiyini açıqlayıb.
6 min 444 binanın dağıntılarında axtarış-xilasetmə işləri davam edir.
Bölgədə 90 mindən çox ailə üçün 70 min 818 çadır qurulub.
Zəlzələ bölgəsində 96 670 nəfər axtarış-xilasetmə heyəti fəaliyyət göstərir.
Səhiyyə naziri Fahrettin Koca zəlzələdən zərər çəkmiş 10 vilayətdə 77 sahra xəstəxanası qurduqlarını bildirərək deyib:
"Təcili tibbi yardım göstərildiyi bu xəstəxanaların bəzilərində də cərrahi əməliyyatlar edilə bilir. Sağlamlıqları riskli olan zəlzələ qurbanlarımız ilk müdaxilədən sonra helikopterlərlə bölgədəki xəstəxanalara çatdırılır".
Prezident Ərdoğan Kahramanmaraş mərkəzində tədqiqatlar apardıqdan sonra apardıqdan sonra zəlzələnin episentri olan Pazarcık rayonuna gedib.
Ərdoğan burada da zəlzələdən zərərçəkənlərlə söhbət edib, axtarış-xilasetmə işlərində iştirak edənlərdən son vəziyyətlə bağlı məlumat alıb.
Ərdoğanın həftənin sonuna kimi zəlzələ bölgələrini ziyarət edəcəyi gözlənilir.
Әlaqәli Xәbәrlәr

Pakistandan Türkiyenin zəlzələ bölgəsinə çadırların daşınması davam edir
Pakistandan göndərilən çadırları daşıyan təyyarələr Adanaya çatıb.