“BtcTurk” xeyriyə təşkilatları üçün kriptovalyuta kisələr yaradıb
Türkiyedə 6 yanvarda baş verən və episentri Kahramanmaraş olan güclü zəlzələ nəticəsində ağır təxribat və can itcisi ilə üzləşən 10 vilayət üçün hərəkətə keçən xeyriyə təşkilatları üçün kriptovalyuta kesələri yaradılıb.

Bu barədə BtcTurk-dan məlumat yayılıb:
“BtcTurk, AFAD (Fəlakət və Fövqəladə Hallar Agentliyi), Həyata Dəstək, Qızıl Aypara, Tider (Əsas Ehtiyaclar Dərnəyi) və TOG-a (İcma Könüllüləri Fondu) yardıml olaraq Bitcoin (BTC), Ethereum (ETH) və Tether (USDT) kimi kriptovalyuta qəbul edə bilmələri üçün kriptovalyuta kisələr hazırlayaraq təhvil verilib. BtcTurk hesabından başqa kriptovalyuta kisələi və ya fərqli platformalarda kriptovalyuta hesabları ilə kriptovalyuta göndərərək fəlakətzədələrə dəstək ola bilərsiniz. “BtcTurk” göndərilən kriptovalyutaları avtomatik olaraq türk lirəsinə çevirəcək və konversiyalardan heç bir komissiya haqqı tələb etməyəcək”.
Açıqlamada kriptovalyuta kisə ünvanları və təfərrüatlar üçün "https://www.btcturk.com/deprem-yardimlasma-seferberligi" ünvanına daxil oluna biləcəyi bildirilib.
Әlaqәli Xәbәrlәr

OECD İstanbul Mərkəzinin rəsmi açılışı oldu
Türkiyənin ticarət naziri Mehmet Muş açılış çıxışında deyib...