Türkiyə əhalisinin sayı

Türkiyə Statistika Təşkilatı (TÜİK) Ünvana Bağlı Əhali Qeydiyyat Sistemi 2022-ci Nəticələrini açıqlayıb

1942461
Türkiyə əhalisinin sayı

   Türkiyənin əhalisi 2022-ci ildə bir əvvəlki ilə görə 599 min 280 nəfər artaraq 85 milyon 279 min 553 nəfərə çatıb.

  Türkiyə Statistika Təşkilatı (TÜİK) Ünvana Bağlı Əhali Qeydiyyat Sistemi 2022-ci Nəticələrini açıqlayıb.

  Məlum olur ki, 2020-ci ildə 84 milyon 680 min 273 nəfər olan ölkə əhalisi 2022-ci ildə 599 min 280 nəfər artaraq 85 milyon 279 min 553 nəfərə çatıb.

  Əhalinin kişi sayı 50,1 faiz (42 milyon 704 min 112 nəfər), qadınlarda isə 49,9 faiz (42 milyon 575 min 441 nəfər) qeydə alınıb.

  Türkiyədə yaşayan xarici ölkə vətəndaşının sayı 2021-ci ilə nisbətən 31 min 800 nəfər artaraq 1 milyon 823 min 836 nəfərə çatıb. Onların 49,5 faizini kişilər, 50,5 faizini isə qadınlar təşkil edir.

  Üç aydan az viza və ya yaşayış icazəsi olan əcnəbilər, təhsil, turizm, elmi araşdırma və bu kimi səbəblərə görə ölkədə müvəqqəti qoruma  statusu qalan suriyalılar siyahıya daxil olunmayıb.



Әlaqәli Xәbәrlәr