Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub

Bu barədə Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

1943278
Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub

Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub.
Bu barədə Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Prezident Ərdoğan paytaxt Ankaradakı Dövlət İnformasiya Koordinasiya Mərkəzində Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı açıqlamalar verib.
Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, fövqəladə vəziyyət rejimi üç ay müddətində 10 vilayətdə qüvvədə olacaq.
"3549 nəfər həyatını itirib, 22 168 nəfər də yaralanıb. Ən böyük təsəllimiz odur ki, indiyədək 8 mindən çox vətəndaşımız dağıntılar altından xilas edilib",-deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
R.T.Ərdoğan deyib: "Konstitusiyanın 119-cu maddəsinin bizə verdiyi səlahiyyətə əsaslanaraq, fövqəladə vəziyyət elan etmək qərarına gəldik. Zəlzələnin baş verdiyi 10 əyaləti ''Fəlakət bölgəsi'' elan edirik". 
Bölgəyə indiyədək 54 min çadır, 102 min çarpayı və digər yardım ləvazimatların göndərildiyini ifadə edən Prezident R.T.Ərdoğan deyib: "Hazırda 53 317 xilasedici və yardımçı heyətimiz dağıntıların olduğu bölgədə işləyir. Ölkə daxilindən və xaricdən gələn xilasedicilərlə bu sayı hər saat artır''.
İndiyədək 70 müxtəlif ölkədən və 14 beynəlxalq təşkilatdan yardım təklifi aldığını bildirən Prezident deyib: "Bizə telefonla zəng edən 18 dövlət və hökumət başçısı ilə telefon əlaqəsi saxladıq. Mən dəstək və yardım təkliflərini çatdırmaq üçün zəng edən, mesaj göndərən və bəyanatlar verən bütün dostlarımıza, dövlət və hökumət başçılarına təşəkkür etmək istəyirəm''.



Әlaqәli Xәbәrlәr