"Anadolu yarımadası 3 metr qərbə doğru sürüşüb", K.Doqlioni

Bunu İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) rəhbəri Karlo Doqlioni deyib

1943364
"Anadolu yarımadası 3 metr qərbə doğru sürüşüb", K.Doqlioni

 

  “Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş zəlzələlər nəticəsində Anadolu yarımadası 3 metr qərbə doğru sürüşüb”, bunu İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) rəhbəri Karlo Doqlioni deyib.

  Zəlzələlərin Şərqi Anadolu, Ərəbistan və Afrika tektonik plitələrinin kəsişməsində baş verdiyini bildirən K.Doqlioni qeyd edib ki, Türkiyədən keçən iki böyük tektonik plitədən birində fəallıq müşahidə olunub. Həmin tektonik plitə boyu yer səthi hərəkət edib və 3 metrlik sürüşmə olub. Bu, ilkin məlumatdır. Peyk məlumatlarından sonra bu sürüşmənin miqyası daha aydın olacaq.

  Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık qəsəbəsində 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə olmaqla iki zəlzələ baş verib.



Әlaqәli Xәbәrlәr