Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti və Pakistan Türkiyeyə başsağlığı verdilər

Şimali Kıbrıs ( Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar da Kıbrıs Türk xalqı adından Türkiyenin ağrısını ürəkdən paylaşdıqlarını ifadə edərək, can itkisinin daha az olmasını arzuladıqlarını bildirib.

1942258

Türkiye ilə hər zaman həmrəy olduqlarını qeyd edən E.Tatar, “Şimali Kıbrıs Türk Respublikasında öz adımdan və vətəndaşlarım adından böyük kədər və ağrı hissi ilə bildirirəm ki, itkilərimizə Allahdan rəhmət, yaralı qardaşlarımıza tezliklə şəfa diləyirəm. Ana vətən Türkiyemizə böyük keçmiş olsun" ifadələsini işlədib. 

Pakistanın Baş naziri Şahbaz Şərif də tviter səhifəsində başsağlığı mesajı paylaşaraq deyib ki, Türkiyenin cənub-şərqində baş verən bu böyük zəlzələ xəbəri bizi çox kədərləndirdi. Can və mal itkisinə görə qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiye xalqına dərin hüznlə başsağlığı verirəm.

Türkiyenin hər çətin anında Pakistana kömək əlini uzatdığını xatırladan Şərif İslamabadın hər cür yardımı göstərəcəyini vurğulayıb.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada Pakistanın Türkiye ilə tam həmrəy olduğu, İslamabadın yardım səylərində hər cür dəstəyi verməyə hazır olduğu qeyd edilib.

Әlaqәli Xәbәrlәr