“Ermənistan Azərbaycan və Türkiyə prezidentlərinin əlini tutmalıdır”, H.Akar

Bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində söyləyib...

1942015
“Ermənistan Azərbaycan və Türkiyə prezidentlərinin əlini tutmalıdır”, H.Akar

 

  “Dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək kimi davam edəcək. Azərbaycan tək deyil. Möhtərəm Prezidentlərimizin yaratdıqları çərçivədə biz Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi və təchizatı üzərində işləyirik”. Bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində söyləyib.

  Zəngəzur dəhlizinin, ondan keçəcək dəmir və avtomobil yollarının region üçün iqtisadi, sosial həyat və təhlükəsizlik baxımından çox əhəmiyyətli olduğunu vurğulayan nazir deyib: “Ermənistanın Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın uzatdıqları sülh əllərini tutması vacibdir. Başqalarının təsirinə məruz qalaraq xəyal qurmağın mənası yoxdur. Gəlin, faktlara baxaq. Uyğun şərtlərlə müqavilə bağlayaq, sülhü, sabitliyi təmin edək, rahat, dinc yaşayaq. Biz Ermənistandan bu fürsətdən istifadə etməsini istəyirik”.



Әlaqәli Xәbәrlәr