Türkiyenin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” başa çatıb

Türkiye Cümhuriyyəti tarixinin ən geniş iştiraklı hərbi təlimi başa çatıb.

1941704
Türkiyenin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” başa çatıb

Türkiye Cümhuriyyəti tarixinin ən geniş iştiraklı "Qış təlimi - 2023" beynəlxalq hərbi təlimi başa çatıb. 

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan ilə yanaşı, təlimdə iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetiriblər.

Beynəlxalq təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsinə, təcrübə mübadiləsi və peşəkarlığın artırılmasına, şəxsi heyətin silahlanmaya qəbul edilmiş müasir silah və texnikadan effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.



Әlaqәli Xәbәrlәr