Türkiyedə terror təhlükəsinin olduğu imicini yaratmaq dostluğa uyğun davranış deyil

Bunu Xarici işlər naziri Mövlud Çavuşoğlu Argentinanın Xarici işlər, beynəlxalq ticarət və inanc naziri Santiago Cafiero ilə İstanbulda keçirdiyi birgə mətbuat konfransında deyib.

1941611
Türkiyedə terror təhlükəsinin olduğu imicini yaratmaq dostluğa uyğun davranış deyil

Nazir bəzi ölkələrin detalları paylaşmadan Türkiyedəki nümayəndəliklərini müvəqqəti bağlamasının “məqsədli” olduğuna diqqət çəkib.

Ölkədə Təhlükəli vəziyyətin olmadığını ifadə edən nazir: “Ölkəmizdə təhlükəsizlik problemi yoxdur. Əgər diplomatik missiyalara təhdid varsa, bu barədə bizə məlumat verilməlidir. Səfirliklərin və ya konsulluqların bağlanmasında məqsəd Türkiyedə terror təhlükəsinin olmasına dair imic yaratmaqdırsa, bu, dostluğa uyğun davranış deyil”.

M.Çavuşoğlu həmçinin qeyd edib, prezident və parlament seçkiləri ərəfəsində baş verən bu hadisələr Türkiye hakimiyyətinin nüfuzuna zərbə vurmaq məqsədi də daşıya bilər. Əgər yenə heç bir izahat verilmədən oxşar addımlar atılarsa, biz də adekvat caba verəcəyik.



Әlaqәli Xәbәrlәr