Səfirlər Xarici İşlər Nazirliyinə çağırılıb
Türkiyedə terror aktları təhlükəsi bəhanəsi ilə konsulluqlarının işini dayandıranların da olduğu 9 ölkənin Ankaradakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyedə terror aktları təhlükəsi bəhanəsi ilə konsulluqlarının işini dayandıranların da olduğu 9 ölkənin Ankaradakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomatik mənbələrin məlumatına görə, terror aktları təhlükəsi bəhanəsi ilə konsulluqlarının işini dayandıran ABŞ, Hollandiya, İsveçrə, İsveç, İngiltərə, Almaniya, Belçika, Fransa və İtaliyanın səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb.
Məsələ ilə bağlı səfirlərə reaksiya verilib və Türkiyedəki bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinin beynəlxalq müqavilələr əsasında təmin edildiyi xatırladılıb.
Bu cür sinxron fəaliyyətlərin mütənasib və ehtiyatlı yanaşma olmadığı, bu cür yanaşmaların yalnız terror təşkilatlarının məkrli gündəminə xidmət göstərdiyi vurğulanıb.
Dost və müttəfiq ölkələrdən gözləntinin Türkiyenin təhlükəsizlik qurumları ilə əməkdaşlıq olduğu ifadə edilib.