Hulusi Akar İndoneziyanın müdafiə naziri ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar və İndoneziyanın müdafiə naziri Prabovo Subianto “Hərbi Əməkdaşlıq Tətbiq Planı” barədə saziş imzalayıblar.

1941747
Hulusi Akar İndoneziyanın müdafiə naziri ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar və İndoneziyanın müdafiə naziri Prabovo Subianto “Hərbi Əməkdaşlıq Tətbiq Planı” barədə saziş imzalayıblar.

Nazir Akar onun dəvətilə Türkiyedə rəsmi səfərdə olan P.Subiantonu paytaxt Ankarada Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb. 

Subiantoya ev sahibliyi etməkdən məmnun olduğunu bildirən Akar deyib:

"Ölkələrimiz arasında uzaq məsafəyə, tarixi keçmişimizə baxmayaraq, aramızdakı əlaqələr bu məsafəni yaxınlaşdırır. Ölkələrimiz arasında hərbi təlim, digər təlimlər və müdafiə sənayesində əməkdaşlıq potensialını artırmağımız vacibdir. Bu gün imzalanan Hərbi Əməkdaşlıq Tətbiq Planı sazişinin həm regionlarımızın, həm də dünyanın sülh, təhlükəsizlik və sabitliyinə töhfə verəcəyinə inanırıq.

Qonaq nazir Subianto da “Hərbi Əməkdaşlığın İcra Planı”nın tarixi əhəmiyyətini vurğulayıb və sənədin iki ölkənin strateji tərəfdaşlığının davamı olduğunu bildirib.

Subianto İndoneziya ilə Türkiye arasındakı sıx əməkdaşlıq və strateji tərəfdaşlıqdan məmnun olduğunu ifadə edərək, "İki ölkə arasında tarixi kök və emosional bağ var. Əməkdaşlığımızın inkişafı dünyada sülh və sabitliyə mühüm töhfələr verəcək. Bu kontekstdə ölkələrimiz və onların silahlı qüvvələri arasında əməkdaşlığı ifadə edən icra planı, yaxın zamanda konkret addımlarla həyata keçiriləcək” deyib.



Әlaqәli Xәbәrlәr