Prezidentdən NATO-ya daxil olmaq istəyən İsveçə: “Nahaq yerə səy göstərmə”

Prezident Rəcəb Tayyib Ərdoğan Quranın yandırılmasına və cırılmasına icazə verdiyi müddət ərzində İsveçin NATO üzvlüyünə “hə” deməyəcəklərini bildirib.

1940669
Prezidentdən NATO-ya daxil olmaq istəyən İsveçə: “Nahaq yerə səy göstərmə”

Prezident Rəcəb Tayyib Ərdoğan Quranın yandırılmasına və cırılmasına icazə verdiyi müddət ərzində İsveçin NATO üzvlüyünə “hə” deməyəcəklərini bildirib.

Ədalət və İnkişaf Partiyasının sədri, Prezident R.T.Ərdoğan partiyanın Türkiye Böyük Millət Məclisinin Qrup Toplantısında çıxışı zamanı belə deyib.

Çıxışında İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinə toxunan Ərdoğan, "İsveç, nahaq yerə səy göstərmə. Mənim müqəddəs kitabım Qurani-Kərimin yandırılmasına, cırılmasına icazə verdiyin müddətcə NATO-ya daxil olmağınıza "hə" deməyəcəyik. Finlandiya məsələsində fikirlərimiz müsbət olsa da, bilməlisiniz ki, İsveçlə bağlı bu, belə deyil”, deyə R.T.Ərdoğan bildirib.

Xatırladaq ki, yanvarın 21-də Danimarkanın ifrat sağçı Stram Kurs Partiyasının lideri Rasmus Paludan Türkiyenin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırıb. Polisin nəzarəti ilə həyata keçirilən aksiya zamanı Paludanın hərəkətinə müdaxilə etmək üçün heç kimə icazə verilməyib. Paludan yanvarın 27-də də Danimarkada məscidin qarşısında və Türkiyenin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb. Analoji hadisə Hollandiyanın paytaxtı Haaqada da baş verib. Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld təkbaşına keçirdiyi aksiyada Quranı cırıb.



Әlaqәli Xәbәrlәr