İstanbul əhalisi qədər turist qarşılayıb

İstanbul Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə...

1940662
İstanbul əhalisi qədər turist qarşılayıb

 

  2022-ci ildə İstanbula gələn xarici turistlərin sayı 2021-ci ilə nisbətən 77 faiz  artaraq 16 milyon 18 min 726-ya çatıb.

  İstanbul Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, 2022-ci ildə şəhərə gələn xarici turistlərin sayı 16 milyon 18 min 726 nəfər olub.

  2021-ci ildə 9 milyon 25 min 4 turist sayı 2022-ci ildə 6 milyon 993 min 722 nəfər artıb.

  2021-ci ildə İstanbula daha çox Almaniya, 2022-ci ildə isə Rusiyadan gəliblər.  

  2022-ci ildə İstanbula

1)   Rusiyadan 1 milyon 495 min 24,

2)   Almaniyadan 1 milyon 237 min 314,

3)   İrandan 1 milyon 97 min 993,

4)   ABŞ-dan 717 min 107,

5)   İngiltərədən 613 min 199,

6)   Fransadan 567 min 475,

7)   İsraildən 473 min 563,

8)   İraqdan 423 min 945,

9)   Səudiyyə Ərəbistanından 390 min 353,

10) Küveytdən 388 min 926 turist gəlib.



Әlaqәli Xәbәrlәr