“Türkiyə NATO-nun genişlənməsinə qarşı deyil, lakin…” M.Çavuşoğlu

Paytaxt Ankarada Portuqaliyanın xarici işlər naziri Joao Qomeş Kravino (Joao Gomes Cravinho) ilə görüşdən sonra təşkil edilən mətbuat konfransında Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın Finlandiyaya mesajını xatırladaraq söyləyib...

1939551
“Türkiyə NATO-nun genişlənməsinə qarşı deyil, lakin…” M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı “Biz Türkiyə olaraq NATO-nun genişlənməsinə qarşı deyilik” dedi.

  Paytaxt Ankarada Portuqaliyanın xarici işlər naziri Joao Qomeş Kravino (Joao Gomes Cravinho) ilə görüşdən sonra təşkil edilən mətbuat konfransında Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın Finlandiyaya mesajını xatırladaraq söyləyib: “Möhtərəm prezidentimizin dünən (29 yanvar) verdiyi bəyanat əslində prosesin əvvəlindən verdiyimiz bəyanatların təsdiqidir. İki ölkənin müraciət prosesi başlayandan bəri Finlandiya ilə problemimizin daha az olduğunu deyirik. Problemli ölkə ilə daha az problemli ölkəni ayırd etmək ədalətli yanaşma olardı. Bununla belə, iki ölkənin üzvlük prosesinin birlikdə aparılması istənilib. Bu səbəbdən iyun ayında NATO sammitində Türkiyə ilə üçtərəfli saziş imzalandı. O vaxtdan bəri Finlandiya müəyyən addımlar atdı, İsveçdəki kimi təxribatlar olmadı.

  Türkiyə NATO-nun genişlənməsinə qarşı deyil. Bizim Finlandiya və İsveçlə qəti problemimiz yoxdur, onların təhlükəsizliklə bağlı narahatlıqlarını başa düşürük. Türkiyənin narahatlığı isə başa düşülmür, onlar qarşılanmalıdır. Prezidentimiz deyir ki, Finlandiya ilə bağlı İsveçdən müstəqil qiymətləndirməmiz ola bilər. Biz ədalətli olmalıyıq”.

  Xatırladaq ki, mövzuyla əlaqədar R.T.Ərdoğan açıqlamasında "Finlandiya haqqında fərqli mesaj verdiyimiz zaman İsveç şoka düşəcək" deyib.



Әlaqәli Xәbәrlәr