Türkiye XİN Şərqi Qüdsdəki sinaqoqda törədilən terror aktını qınayıb

Türkiyenin Xarici İşlər Nazirliyi Şərqi Qüdsdəki sinaqoqda törədilən terror aktını pişləyib.

1938928
Türkiye XİN Şərqi Qüdsdəki sinaqoqda törədilən terror aktını qınayıb

Türkiyenin Xarici İşlər Nazirliyi Şərqi Qüdsdəki sinaqoqda törədilən terror aktını pişləyib.
Xarici İşlər Nazirliyi işğal altındakı Şərqi Qüdsdə qeyri-qanuni şəkildə inşa edilən yaşayış məntəqələrinin olduğu bölgədə yerləşən sinaqoqa edilən hücumla bağlı bəyanat yayıb.
Bəyanatda bu ifadələrə yer verilib: “Yanvarın 27-də axşam saatlarında  Qüdsdəki sinaqoqda törədilən və çox sayda insanın həyatını itirdiyi terror aktını pisləyirik. Bölgədə son vaxtlar artan zorakılıq hadisələrinə görə narahatıq. Bütün tərəflərə bu cür hadisələrin qarşısının amaq üçün lazımi tədbirləri görmələri ilə əlaqədar çağırış edirik.Hücumda həyatını itirənlərin ailələrinə, eləcə də İsrail hökumətinə və xalqına başsağlığı verir, yaralılara  şəfa diləyirik".

Qeyd edək ki,İsrail polisindən verilən yazılı açıqlamada təcavüzkarın Şərqi Qüdsdə qeyri-qanuni şəkildə inşa edilən yaşayış məntəqələrinin olduğu bölgədə yerləşən sinaqoqa daxil olaraq atəş açdığı bildirilmişdi.
Hücumda 7 mülki vətəndaşın həyatını itirdiyi, 3 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd edilmişdi.



Әlaqәli Xәbәrlәr