Türkiye XİN Danimarkada Qurani-Kərimin yandırılmasına icazə verilməsini pisləyib

Türkiye XİN Türkiyənin Danimarkadakı səfirliyinin və bir məscidin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimin yandırılmasına icazə verilməsini pisləyib.

1938935

Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanatda  deyilir:

“İsveçdə müqəddəs kitabımız Qurani-Kərimə qarşı törədilən nifrət cinayətinin bu gün Danimarkanın paytaxtı Kopenhagendə yenidən törədilməsinə icazə verilməsini qəti şəkildə qınayırıq''.

Bəyanatda Türkiyenin bütün xəbərdarlıqlarına baxmayaraq İsveç və Hollandiyadan sonra Danimarkada həyata keçirilən bu alçaq hərəkətin qarşısının alınmamasının narahatedici olduğu qeyd olunub.

“Avropada milyonlarla insanın həssaslığını təhqir edən bu hərəkətlərə icazə vermək sülh içində bir arada yaşamaq prinsipinə ziddir'',-deyə Türkiye Xarici İşlər Nazirliyindən verilən bəyanatda vurğulanıb.

Әlaqәli Xәbәrlәr