Türkiye Milli Təhlükəsizlik Şurasının iclası Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirildi

Milli Təhlükəsizlik Şurası (MTŞ) Türkienin milli təhlükəsizliyini və maraqlarını hədəf alan hər hansı addıma icazə verilməyəcəyini qətiyyətlə vurğulayıb.

1937939
Türkiye Milli Təhlükəsizlik Şurasının iclası Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirildi

Milli Təhlükəsizlik Şurası (MTŞ) Türkienin milli təhlükəsizliyini və maraqlarını hədəf alan hər hansı addıma icazə verilməyəcəyini qətiyyətlə vurğulayıb.
Milli Təhlükəsizlik Şurasının iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirildi.

İclasdan sonra yayımlanan bəyannamədə deyilir: 

“Yunanıstanın təxribat xarakterli hərəkətləri və ritorikası ilə silahlanma cəhdlərinin bölgəmizdəki gərginliyi artırmaqdan başqa heç bir fayda verməyəcəyi bildirildi və Türkiyenin milli təhlükəsizliyini və maraqlarını hədəf alan hər hansı addıma icazə verilməyəcəyi bir daha vurğulandı''. 

Türkiyenin NATO-nun açıq qapı siyasətini dəstəklədiyi bildirilən bəyannamədə bu ifadələrə yer verilib: ''NATO-ya daxil olmaq istəyən dövlətlərin alyansın  qanunlarına və ruhuna uyğun hərəkət etməsinin vacibliyi vurğulanıb, PKK/KCK-PYD/YPG ilə FETÖ başda olmaqla terror təşkilatları ilə mübarizə məsələsindəki anlaşma memorandumundan irəli gələn öhdəliklərin konkret addımlarla yerinə yetirmələrinin əhəmiyyəti qeyd olunub''.
Bəyannamədə həmçinin milyardlarla insanın müqəddəs dəyərlərini hədəf alan hücumlar şiddətlə pislənilib. Din, vicdan və fikir azadlığı kimi dəyərlərə xələl gətirən, demokratiya və ifadə azadlığı ilə izahı mümkün olmayan hərəkətləri təşviq edən və müdafiə edənlərin nifrət cinayətinin ortağı olduqları xatırladılıb.



Әlaqәli Xәbәrlәr