Ömər Çelik qərb mətbuatına sərt reaksiya verib

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan Qərb mətbuatına reaksiya verib.

1938329
Ömər Çelik qərb mətbuatına sərt reaksiya verib

AK Partiyasının sözçüsü Çelik sosial media hesabından verdiyi açıqlamada: “Qərbin media orqanlarından bəziləri sistemli olaraq Ərdoğanı hədəf alır. Təlimatlar qəbul etməyən Türkiyə belə ibtidai təbliğat aparanlar üçün qorxu ünsürü olmağa davam edəcək. Çirkin və qeyri-ciddi yanaşmalarla Türkiyədəki siyasi proseslərə təsir edə biləcəklərinin xəyalı ilə yaşayanlar, qara təbliğatlarla prezidentimizə zərər verilə bilməyəcəyini, siyasi hərəkatımıza millətimizdən başqa heç kimin rəhbərlik edə bilməyəcəyi daha dərk edilməlidir”.



Әlaqәli Xәbәrlәr