Mövlud Çavuşoğlu İsveç və İsrailə reaksiya verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç hökumətinin Qurani-Kərimin yandırılması kimi alçaq hərəkətə yol verməklə bu cinayətin ortağı olduğunu bildirib.

1938340
Mövlud Çavuşoğlu İsveç və İsrailə reaksiya verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç hökumətinin Qurani-Kərimin yandırılması kimi alçaq hərəkətə yol verməklə bu cinayətin ortağı olduğunu bildirib. 

Mövlud Çavuşoğlu paytaxt Ankarada Serbiya Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə birgə mətbuat konfransı keçirib.

Danimarkalı ifrat sağçı partiya “Ştram Kurs”un rəhbəri Rasmus Paludanın yanvarın 21-i şənbə günü Türkiyenin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmasına toxunan nazir Çavuşoğlu deyib:

"İsveçdəki alçaq hərəkət nifrət cinayətidir, irqçi bir hərəkətdir. İsveç hökuməti bu alçaq hərəkətə icazə verib və onunla ortaq olub, bu qədər sadədir, heç kim bizə başqa bir şey deməyə çalışmamalıdır." 

Çavuşoğlu vurğulayıb ki, terroru dəstəkləməyə davam edən İsveç NATO-ya üzv olmaq üçün əvvəl Türkiyenin terrorla mübarizə ilə bağlı şərtini yerinə yetirmək üçün öhdəlik götürməlidir.

Çavuşoğlu “NATO-ya üzv olmaq istəyirsən, yoxsa yox?” deyərək bu ölkəyə reaksiya verib. 

Digər tərəfdən, İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsinə istiqamətli 9 fələstinlinin həyatını itirdiyi, 16 nəfərin də yaralandığı basqına da reaksiya göstərən nazir Çavuşoğlu "İsrail hökumətindən bu cür hücumlardan və təxribatlardan çəkinməyisini istəyirik” ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr