Mövlud Çavuşoğlu pakistanlı hәmkarı ilә görüşüb

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək üçün Özbəkistana səfər edib.

1936996

Mövlud Çavuşoğlu səfər çərçivəsində Pakistanın xarici işlər naziri Bilavel Butto Zərdari ilə görüşüb.
Bu barədə Mövlud Çavuşoğlu rəsmi internet səhifəsində paylaşım edib.
“Daşkənddə Pakistanın xarici işlər naziri, qardaşım Zərdari ilə görüşdük. Görüşdə müdafiə sahəsində əməkdaşlıq və regionumuzda baş verən hadisələri müzakirə etdik'',-deyə Mövlud Çavuşoğlu paylaşımında vurğulayıb.

Әlaqәli Xәbәrlәr