Türkiye və ABŞ nümayəndə heyətlərinin F-35 qırıcıları ilə bağlı məsləhətləşmələri

Milli Müdafiə Nazirliyi Türkiye və ABŞ Müdafiə Nazirliklərinin nümayəndə heyətlərinin F-35 qırıcıları ilə bağlı məsləhətləşmələrini davam etdirəcəklərini açıqlayıb.

1935403
Türkiye və ABŞ nümayəndə heyətlərinin F-35 qırıcıları ilə bağlı məsləhətləşmələri

Türkiye Milli Müdafiə Nazirliyi Türkiye və ABŞ Müdafiə Nazirliklərinin nümayəndə heyətlərinin F-35 qırıcıları ilə bağlı məsləhətləşmələrini davam etdirəcəklərini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada birincisi paytaxt Ankarada keçirilən F-35 qırıcıları ilə bağlı məsləhətləşmələrin ikinci raundunun ötən gün Vaşinqtonda keçirildiyi bildirilib.

Bəyanatda nümayəndə heyətlərinin məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı razılığa gəldiyi, növbəti görüşün yazda yenidən Ankarada keçirilməsinin planlaşdırıldığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr