Prezident Ərdoğan: "Miçotakisin söylədikləri bölgənin taleyini müəyyən etmək üçün kifayət etmir"

Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin ritorikasının bölgənin taleyini müəyyən etmək üçün kifayət etmədiyini deyib.

1935801
Prezident Ərdoğan: "Miçotakisin söylədikləri bölgənin taleyini müəyyən etmək üçün kifayət etmir"

Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin ritorikasının bölgənin taleyini müəyyən etmək üçün kifayət etmədiyini deyib.

İstanbulda cümə namazından sonra jurnalistlərə açıqlama verən prezident Ərdoğan Yunanıstanın son addımları ilə bağlı deyib:

"Adaları silahlandırmaqla həm Lozanna, həm də digər razılaşmalara zidd addımlar atırlar. Miçotakisin bu açıqlamaları xüsusilə regionun taleyini müəyyən etmək üçün kifayət etmir".

Ərdoğan paytaxt Ankaranın Esenyurt rayonunda keçirilən Təhsil Kampusunun təməlqoyma mərasimində etdiyi çıxışında deyib:

“Deyirlər ki, Türkiye “Tayfun” adlı raket istehsal edib, Afinanı vursa düşsə nə olacaq?”. Afinanı vurmaq kimi problemimiz yoxdur. Sadəcə ağıllı olun. Adaları silahlandırırsınız, biz əli boşmu dayanacağıq? Bax, Miçotakis sən yenə sağda-solda danışırsan. Bunu yaxşı bil, əgər səhv addım atmağa cəhd etsən çılğın türklər dayanmaz. bunu bil" ifadələrindən istifadə edib.

Qeyd edək ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində müsahibəyə qatılan Kiryakos Miçotakis Türkiye ilə Yunanıstan arasında son üç ildə ciddi gərginliyin olduğunu və problemlərə həll yolu tapıla biləcəyini bildirib.

Xatırladaq ki, Türkiye ilə Yunanıstan arasındakı əsas problemin Egey və Şərqi Aralıq dənizində dəniz yurisdiksiyası ərazilərinin məhdudlaşdırılması olduğunu müdafiə edən Miçotakis “Türkiye ilə məntiqli şəkildə oturub əsas problemimizi həll etməyi bacarmalıyıq" deyib. 

Yunanıstan və Türkiyedə seçkilərin yaxın vaxtlarda keçiriləcəyini qeyd edən Mitsotakis “Məncə, gərginliyi azaltmaq, ortaq maraq doğuran məsələlər üzərində işləmək, fikir ayrılığı olanda razılaşmaq yolları var” deyə bildirib.

K.Mitçotakis prezident Rəcəb Tayyib Ərdoğanla dəfələrlə danışdıqlarını vurğulayaraq deyib ki, çox çətin günlərimiz olsa da, prezident Ərdoğanla problemlərə həll yolu tapmağın mümkünsüz olduğunu düşünmürəm.

Digər tərəfdən, Ərdoğan “The Economist” jurnalının Türkiyedəki seçkilərə dair qalmaqallı üz qabığı ilə bağlı sualı cavablandırıb.

"İngiltərə jurnalı Türkiyenin taleyini müəyyən edir? Mənim millətim müəyyən edir. Millətim nə deyirsə, Türkiyedə də olacaq" cavabını verib.



Әlaqәli Xәbәrlәr