“ABŞ-ın NATO-ya üzv iki ölkə arasında balanslı münasibəti olmalıdır”, M.Çavuşoğlu

Türkiyə-ABŞ Strateji Mexanizmi II Nazirlər Toplantısı çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonda həmkarı Entoni Blinkenlə görüşən M.Çavuşoğlu daha sonra deyib...

1934914
“ABŞ-ın NATO-ya üzv iki ölkə arasında balanslı münasibəti olmalıdır”, M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "ABŞ-ı Yunanıstanla münasibətlərdə yenidən tarazlı olmağa çağırırıq” dedi.

  Türkiyə-ABŞ Strateji Mexanizmi II Nazirlər Toplantısı çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonda həmkarı Entoni Blinkenlə görüşən M.Çavuşoğlu daha sonra Türkiyə mediası nümayəndələrinin mətbuat konfransındakı çıxışında məlumat verərək deyib: “ABŞ Yunanıstanla münasibətlərdəki tarazlığı öz xeyrinə pozdu. Yunanıstan silahsızlaşdırılmış adaların statusuna məhəl qoymur və ABŞ-ın da bu məsələyə etirazı yoxdur.

  Aralıq dənizində Kipr yunanları da ABŞ-dan silah ala biləcəklər. Kimə qarşı? Kipr türklərinə qarşı, Türkiyəyə qarşı. Çünki Kipr yunanları ilə çirkli pulların yuyulmasında daha yaxşı əməkdaşlıq edirlər. Əgər məsələ puldursa, müxtəlif bəhanələr mümkündür. Bu, sındırmaq deməkdir tarazlığı. Biz ABŞ-ı Türkiyə-Yunanıstan münasibətlərində yenidən balanslı olmağa çağırırıq... ABŞ Yunanıstana F-35 satmaq istəyir. Biz Yunanıstan kimi maneəçilik siyasətini yürüdən ölkə deyilik. Özümüzə güvənirik. Amma ABŞ-ın NATO-ya üzv iki ölkə arasında balanslı münasibətləri olmalıdır.”



Әlaqәli Xәbәrlәr