Prezident Ərdoğan İsveçə xəbərdarlıq edib

Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK tərəfdarlarının ötən həftə İsveçdə təşkil etdiyi təxribat aksiyası ilə bağlı açıqlama verib.

1932929
Prezident Ərdoğan İsveçə xəbərdarlıq edib

Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK tərəfdarlarının ötən həftə İsveçdə təşkil etdiyi təxribat aksiyası ilə bağlı açıqlama verib.

Dövlət başçısı Muğla şəhərində keçirilən Gənclik iclasında deyib: 
"Əgər onlar bu vəziyyətdən əl çəkməsələr, bu, İsveçlə münasibətlərimizi daha da gərginləşdirə bilər. Xain terrorçular ötən günlərdə İsveçdə həddsiz hərəkət etdilər. Bu ifrat hərəkətlər PKK/PYD-nin orada ilişib qalması ilə bağlıdır? Yoxsa İsveç səlahiyyətliləri bu hərəkətlərə göz yumurlar? İsveç və Finlandiya bizdən NATO-ya üzv olmaları barədə xahiş etdi.(iyun ayında keçirilən sammitdə) Amma biz onlara bir şey dedik. Bizə təqbirən 130-dan çox (terrorçu) olan siyahını verməsəniz, biz NATO-ya üzvlüyü əsasən Məclisdə qəbul etmərik. Bu terrorçuları bizə təhvil verməlisiniz. Təəssüflər olsun ki, bunu edə bilmədilər. Onların küçələrində tez-tez PKK-nın aksiyalarını izləyirik və onlara xəbərdarlıq edirik, lakin təəssüf ki, bütün bu xəbərdarlıqlara baxmayaraq, bu nümayişlərdə PKK və ya PYD-nin dayandırılmasından söhbət gedə bilməz. Əgər onlar İsveçdəki bu vəziyyətə qarşı mövqe tutmasalar, bu, İsveçlə münasibətlərimizi daha da gərginləşdirə bilər”.

Ərdoğan terror təşkilatlarının təkcə İsveç və Finlandiyada deyil, Almaniya, Fransa və İngiltərədə də görünməkdə davam etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr