Prezident Ərdoğan yeni nəsil fırtına haubitsalarının təqdimat mərasimində iştirak edib

Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə müdafiə sənayesində millətə yeni müjdələr verməyə davam edəcəklərini bildirib.

1930024
Prezident Ərdoğan yeni nəsil fırtına haubitsalarının təqdimat mərasimində iştirak edib
erdogan firtina obus.jpg
erdogan firtina obus.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə müdafiə sənayesində millətə yeni müjdələr verməyə davam edəcəklərini bildirib.

Prezident Ərdoğan bu barədə Sakaryada yeni nəsil fırtına haubitsalarının təqdimat mərasimində deyib.

Türkiye Silahlı Qüvvələrinə bu gün 6 yeni nəsil fırtına haubitsasının təhvil verildiyini vurğulayan Ərdoğan qarşıdakı dövrdə bu sayı 140-a çatdıracaqlarını bildirib.

Ərdoğan yeni nəsil fırtına haubitsalarının hazırda inventarda olan modellərlə müqayisədə bir çox üstünlüklərə malik olduğunu vurğulayıb.

Fırtına haubitsalarının gücünə güc qatan yeni sistemləri ilə xaricə asılılığı azaltdıqlarını ifadə edən Ərdoğan "Altay" tankı başda olmaqla, digər strateji layihələrdə də burada qazanılan sürəti davam etdirdiklərini bildirib.

Ərdoğan Türkiyenin silahlı pilotsuz uçuş aparatlarının (SİHA) geniş bir sahədə əldə etdiyi uğurlarla döyüş üsullarını dəyişdiyini vurğulayıb.

Dünyanın ilk SİHA gəmisi olacaq "Anadolu" gəmisini bu il istifadəyə verəcəklərini ifadə edən dövlət başçısı onu da deyib ki, “Anadolu" gəmisinə yerləşdirəcəyimiz "Bayraktar TB3 SİHA" ilk uçuşunu həyata keçirəcək. "Gökbey" ümumi təyinatlı helikopterimizi Jandarma tərəfindən istifadə edilməyə başlanacaq. Yeni nəsil fırtına haubitsasının təhvil verilmə mərasimi ilə başladığımız 2023-cü ili müdafiə sahəsində millətimizə verəcəyimiz yeni müjdələrlə davam etdirəcəyik.

Dövlət başçısı onu da əlavə edib ki, Türkiye istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) Qarabağ zəfərinin əldə olunmasındakı rolu ilə dünyada müharibə texnikalarını dəyişir.



Әlaqәli Xәbәrlәr