Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası Antalyada öz işinə başladı

Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şentopun ev sahibliyi ilə təşkil edilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası Antalyada öz işinə başladı.

1929919

“Beynəlxalq Dinamikanın Dəyişməsində Çoxtərəfliliyin Təşviqi” mövzusunda təşkil olunan sessiyaya Asiya Parlament Assambleyasına üzv 27 ölkənin parlament nümayəndə heyətləri qatılıb.
Mustafa Şentop sessiyanın ilk günündə Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Rza Məcidi və nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Toplantda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Şərqi Timor, İran, Səudiyyə Ərəbistanı, Türkmənistan və Yəmən parlamentinin sədrləri iştirak edəcəklər. İraq, Fələstin, Rusiya, İordaniya və Oman nümayəndə heyətlərinə parlament sədrinin müavini rəhbərlik edəcək.

Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞQTC) Parlamentinin sədri Zorlu Töre və rəhbərlik etdiyi nümayəndə heyəti də toplantıda xüsusi qonaq qismində iştirak edəcək.

Yığıncaqda İcraiyyə Şurasının iclasları ilə yanaşı Asiya Parlament Assambleyasının daimi komissiyalarının iclasları keçiriləcək və qərar layihələri müzakirə olunacaq.

Bir çox mühüm mövzunun müzakirə ediləcəyi yığıncaq sabah Antalya bəyannaməsinin qəbulu ilə yekunlaşacaq.

Әlaqәli Xәbәrlәr