Türkiye və ABŞ DEAŞ-a maliyyə yardımı edənlərin aktivlərini dondurdu

Türkiye və Amerika Birləşmiş Ştatları (ABŞ) terror təşkilatı DEAŞ-a maliyyə yardımı etdiyi aşkarlanan 5 real və 2 hüquqi şəxsin aktivlərinin dondurulması barədə eyni vaxtda qərar verib.

1928767

Türkiye Xarici İşlər Nazirliyindən verilən açıqlamada DEAŞ-a bağlı bir şəbəkənin aktivlərinin dondurulduğu açıqlanıb.

DEAŞ terror təşkilatına maliyyə yardımı etdiyi aşkarlanan 5 real və 2 hüquqi şəxsin aktivlərinin Türkiye və ABŞ tərəfindən eyni vaxtda dondurulmasına qərar verildiyi diqqətə çatdırılan açıqlamada Türkiyenin bu terror təşkilatının maliyyələşdirilməsinin qarşısını almaq üçün təsirli addımlar atmağa və bu mövzuda beynəlxalq ortaqları ilə əməkdaşlıq içində işləməyə davam edəcəyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr