"Taxıl daşınmasına başlamaqla bəşəriyyəti ciddi böhranın astanasından geri qaytardıq”, R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Ziraat Bankı Kənd Təsərrüfatı Ekosistemi Toplantısında çıxış edib.

1929213
"Taxıl daşınmasına başlamaqla bəşəriyyəti ciddi böhranın astanasından geri qaytardıq”, R.T.Ərdoğan

"Türkiye Ukrayna limanlarından taxıl daşınmasına başlamaqla bəşəriyyəti böyük böhranın astanasından geri qaytarıb".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Ziraat Bankı Kənd Təsərrüfatı Ekosistemi Toplantısında etdiyi çıxışda deyib.

Torpağın əsas həyat mənbəyi olaraq əhəmiyyətini hələ də davam etdirdiyini vurğulayan Ərdoğan bildirib ki, biz də torpağımızı və fermerlərimizi qorumağın vacibliyini bilirik. Torpağa və onu əkib-becərən əkinçiyə etinasızlıq edən öz gələcəyinə etinasızlıq edər.

Ərdoğan Türkiyeni investisiya, məşğulluq, istehsal, ixrac və cari əməliyyatlar profisiti ilə 5 əsas prinsip üzərində inkişaf etdirəcəklərini vurğulayıb.

Fermerə dəstək kreditini həyata keçirəcəklərini vurğulayan dövlət başçısı bundan sonra da fermerlərə dəstək verəcəklərini bildirib.

24 fevral 2022-ci il tarixindən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukrayna limanlarından həyata keçirilən taxıl daşınmalarının dayandırıldığını və bunun qlobal ərzaq təminatı probleminə səbəb olduğunu vurğulayan Ərdoğan deyib:

“Taxıl daşımalarının dayandırılması aclıq təhlükəsini ortaya qoydu. Türkiye olaraq həyata keçirdiyimiz taxıl daşınmasına başlamaqla bəşəriyyəti ciddi böhranın astanasından geri qaytardıq”.



Әlaqәli Xәbәrlәr