“Kommersant” qəzeti Prezident Ərdoğanı tərifləyib

Rusiyada dərc olunan “Kommersant” qəzeti Ukrayna böhranı səbəbindən beynəlxalq ictimaiyyətin parçalanmasından sonra Türkiyenin özünəməxsus mövqe nümayiş etdirdiyini qeyd edib.

1928770

“Kommersant”da Kirill Krivoşeyevin imzası ilə dərc olunan və “Əvəzolunmaz Rəcəb” başlıqlı təhlildə qeyd olunub ki, prezident Rəcəb Tayyib Ərdoğan 2022-ci ilin ən uğurlu dünya lideri adlandırıla bilər.

Krivoşeyev Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatından” sonrakı dövrdə (24 fevral) Ərdoğanın “mübahisələrdən kənarda” qaldığını və alternativsiz vasitəçi statusunu saxladığını yazıb.

Qəzetdə Qərbin Moskvaya qarşı sanksiyaları sərtləşdikcə Türkiyenin Rusiya ilə ticarətini artırdığını, taxıl müqaviləsində vasitəçi rol oynadığı və təbii qaz mərkəzi layihəsinə ev sahibliyi etmək fürsətindən istifadə etdiyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr