Türkiyedə 2022-ci ildə terrora qarşı ciddi mübarizə aparılıb

Bunu Daxili işlər naziri Süleyman Soylu deyib. Onun sözlərinə görə 2022-ci ildə ölkə daxilində həyata keçirilən əməliyyatlarda 129 terrorçu zərərsizləşdirilib.

1927597
Türkiyedə 2022-ci ildə terrora qarşı ciddi mübarizə aparılıb

Nazir Soylu sosial media hesabında etdiyi paylaşımda deyib: “Terrora qarşı mübarizəmiz əzmlə davam edəcək. Respublikamızın quruluşunun 100-cü ildönümündə sərhədlərimiz daxilində daha bir terrorçu belə qalmayacaq. 2022-ci ildə terrora qarşı mübarizə çərçivəsində kənd və dağlıq ərazilərdə 578-i geniş miqyaslı olmaqla 130 min 981 əməliyyat həyata keçirilib. 107-si ölü, 22-si yaralı olmaqla ümumilikdə 129 terrorçu zərərsizləşdirilib. 1190 terror yuvası dağıdılıb. Xeyli sayda silah-sursat müsadirə edilib.Terror təşkilatının dırnaq arası yüksək seviyyəli 87 üzvü məhv edilib. 125 terrorçu da təhlükəsizlik qüvvələrinə təslim olub. Beləcə mübarizəmiz nəticəsində terror hadisələri 2021-ci ilə müqayisədə 21 faiz azalıb.



Әlaqәli Xәbәrlәr