Hulusi Akar: "Suriyanın şimalında Rusiya ilə birgə patrul xidməti həyata keçirilə bilər"

Milli müdafiə naziri Hulusi Akar paytaxt Ankarada jurnalistlərin suallarını cavablandırıb.

1927937
Hulusi Akar: "Suriyanın şimalında Rusiya ilə birgə patrul xidməti həyata keçirilə bilər"

"Suriyanın şimalında Rusiya ilə birgə patrul xidməti həyata keçirilə bilər".
Bunu milli müdafiə naziri Hulusi Akar paytaxt Ankarada jurnalistlərin suallarını cavablandırarkən deyib.

Akar dekabrın 28-də Rusiyanın paytaxtı Moskvada Türkiye, Rusiya və Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü ilə bağlı suala cavabən deyib ki, məqsədimiz ölkəmizin və millətimizin müdafiəsidir. Bunun üçün terrorla mübarizə çox vacibdir. Terrorla mübarizədə əldə olunan nailiyyətlər, həyata keçirilənlər göz qabağındadır. Biz tərəfmüqabillərimizə bu məsələdə qətiyyətli olduğumuzu bildirdik. Digər tərəfdən, əlavə qaçqın qəbul edəcək vəziyyətdə deyilik. Bunu da vurğuladıq. Digər mühüm məsələ də odur ki, istər Türkiyedə, istərsə də Suriyada olsun birlikdə olduğumuz suriyalı qardaşlarımız var. Onları çətin vəziyyətə salacaq bir qərar verməyimiz söz mövzusu deyil. Bu mövqeyi hamı bilməli və ona uyğun hərəkət etməlidir” ifadələrindən istifadə edib.

Hulusi Akar "Keçirdiyimiz görüşün davamı olacaq. Bununla bağlı lazımi razılaşmalar əldə olunub. Suriyanın şimalında Rusiya ilə birgə patrul xidməti həyata keçirə bilərik" deyib.

H.Akar Türkiyenin Suriya və İraq başda olmaqla bütün qonşularının ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət etdiyini bildirib:

"Bizim yeganə məqsədimiz ölkəmizi, millətimizi müdafiə etmək, onlara hücum edən və narahat edən terrorçuları zərərsizləşdirməkdir. Bunun üzərində işləyirik".



Әlaqәli Xәbәrlәr