Mühacirlərin Yunanıstan tərəfdən Türkiye sularına itələnmə anı PUA tərəfindən müəyyən edilib

Egey dənizində Yunanıstana məxsus sahil mühafizə gəmisinin qanunsuz mühacirləri Türkiyenin sahil sularına itələmə anı pilotsuz uçuş aparatı (PUA) tərəfindən müəyyən edilib.

1927049

Türkiye Milli Müdafiə Nazirliyinin sosial media hesabında yer alan paylaşıma görə, bir qrup qeyri-qanuni mühacir 29 dekabrda Egey dənizində Çeşmə rayonunun cənub-qərbində Yunanıstana məxsus sahil mühafizə gəmisi tərəfindən Türkiye sahillərindən 3,62 mil məsafədə Türkiye ərazi sularına itələnib.

Hərbi Dəniz Qüvvələrinə aid PUA tərəfindən aşkarlanan bu hadisə dərhal Sahil Mühafizə Komandanlığına bildirilərək, qanunsuz mühacirlər xilas edilib.

Әlaqәli Xәbәrlәr