İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinci olub

İstanbul Havanı Limanı gündə orta hesabla 1156 uçuşla 2022-ci ildə Avropanın ən işlək hava limanı oldu.

1927020
İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinci olub

İstanbul Havanı Limanı gündə orta hesabla 1156 uçuşla 2022-ci ildə Avropanın ən işlək hava limanı oldu.

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) Avropa hava limanları və hava nəqliyyatı ilə bağlı 2022-ci il üçün ətraflı hesabatını dərc edib.

Yeni növ koronavirus (Covid-19) epidemiyasının başlanğıc tarixi olan 2019-cu il ilə müqayisəli qiymətləndirmənin aparıldığı hesabata əsasən, İstanbul Hava Limanı Avropada epidemiyadan əvvəl uçuş rəqəmlərinə çatan yeganə hava limanı olub.

Keçən il İstanbul Hava Limanını orta hesabla 1140 uçuşla Amsterdam, 1122 uçuşla Paris, 1048 uçuşla Frankfurt və 1042 uçuşla London izləyib.



Әlaqәli Xәbәrlәr