Türkiyenin terrorla mübarizəsi davam edir

Türkiyenin Şırnak şəhərində separatçı terror təşkilatı PKK-ya qarşı "Eren Abluka" payız-qış əməliyyatına başlanılıb.

1923499
Türkiyenin terrorla mübarizəsi davam edir

Türkiyenin Şırnak şəhərində separatçı terror təşkilatı PKK-ya qarşı "Eren Abluka" payız-qış əməliyyatına başlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə sığındığı nəzərə alınan terrorçuları zərərsizləşdirmək məqsədilə “Eren-Abluka" payız-qış (Şırnak-Bestler Dərələr) əməliyyatı başladılıb.

Əməliyyatda 470 nəfər şəxsi heyət və 39 əməliyyat qrupu iştirak edir.

Əməliyyatın ilk günündə Şırnak-Mərkəz rayonunun Bestler Dərələr bölgəsi çölündə aparılan axtarış fəaliyyəti zamanı 2 təbii mağara və 10 sığınacaq yer müəyyən edilib.

Axtarışlar zamanı əl istehsalı partlayıcı qurğu (EYP), pultla idarə olunan qurğu, müxtəlif silah-sursat və geyim materialı ələ keçirilib.

Müsadirə edilmiş materiallar məhv edilib, bunkerlər və sığınacaqlar yararsız hala salınıb.

Digər tərəfdən, Suriyanın şimalındakı "Sülh çeşməsi" antiterror əməliyyatı bölgəsinə hücuma hazırlaşan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "Qaçınılmaz son terrorçular üçün bəllidir. Qəhrəman Türkiye Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı "Sülh çeşməsi" antiterror əməliyyatı bölgəsinə hücuma hazırlaşan 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Əməliyyatlarımız sürəti azaltmadan davam edəcək" deyilib.

Bu arada, PKK-dan qaçan daha 2 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Terrorçuların 1993-cü ildə təşkilata qoşulduğu, İraq və İranda fəaliyyət göstərdikləri müəyyən edilib.

2022-ci ildə inandırma səyləri nəticəsində təslim olan terrorçuların sayı 124-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr