“Siz yenə də susacaqsınız?" İ.Kalın

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Fransaya separatçı terror təşkilatı PKK ilə bağlı reaksiya verdi

1923359
“Siz yenə də susacaqsınız?" İ.Kalın

 

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Fransaya separatçı terror təşkilatı PKK ilə bağlı reaksiya verdi.

  Sosial media hesabında Fransanın paytaxtı Parisdə terror təşkilatı tərəfdarlarının törətdiyi zorakılıq hərəkətlərinin görüntülərini paylaşan İ.Kalın yazıb: "Bu Fransadakı PKK Suriyada dəstəklədiyiniz terror təşkilatıdır. Eyni PKK son 40 ildə minlərlə türkü, kürdü və təhlükəsizlik qüvvələrini qətlə yetirib. İndi Parisin küçələrini yandırırlar. Siz yenə də susacaqsınız?"

  Xatırladaq ki, Fransanın paytaxtı Parisdə dekabrın 23-də 3 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra hadisələr baş verməkdə davam edir. Belə ki, terror tərəfdarlarının təcavüzü Parisin hüdudlarından kənara çıxıb. Fransanın Marsel şəhərində baş verən hadisələrdə polis idarəsi daşqalaq edilib, 2 polis maşını, zibil qutuları və avtobus dayanacağı yandırılıb, mağazalar dağıdılıb.

  Terror təşkilatı PKK tərəfdarlarının ölkə daxilində törətdiyi zorakılıqlarda 31 Fransa polisi yaralanıb, 11 şübhəli saxlanılıb.



Әlaqәli Xәbәrlәr