Mustafa Şentopun Şimali Makedoniyaya səfəri davam edir

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şimali Makedoniyanın mədəni zənginliyini qoruyub saxlamaq üçün nümayiş etdirdiyi tolerantlıq ölkəni siyasi baxımdan gücləndirdiyini bildirib.

1922219

Mustafa Şentop 21 dekabr Türk Təhsil Günü ilə əlaqədar Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən tədbirlərə qatılıb.

Burada çıxış edən Mustafa Şentop Türk Təhsil Gününün Şimali Makedoniyada bayram kimi qeyd olunduğunu ifadə edərək deyib:''Dili qorumaq vətənə, sivilizasiyaya, əxlaqa və imana sahib çıxmaq mənasına gəlir''.

Türk dilinin Şimali Makedoniyada təhsil dili olaraq istifadə edilməsinin son dərəcə dəyərli hesab etdiyini vurğulayan Şentop, Şimali Makedoniyada türk dilinin yaşadılması üçün göstərilən səyləri təqdirlə izlədiyini bildirib.
“Şimali Makedoniyanın mədəni zənginliyini qoruyub saxlamaq üçün nümayiş etdirdiyi  tolerantlıq ölkəni siyasi baxımdan gücləndirir'',-deyə Türkiye Böyük Millət Məclisinin sədri qeyd edib.

Әlaqәli Xәbәrlәr